Dünya səviyyəli “Data Scientist” olmaq sənin əlindədir. Datalent ilə talantını uğura çevir!

Türkiyənin lider “Data Science Bootcamp” proqramlardından biri olan Datalent, tələbələrə xarici mütəxəssislər tərəfindən tədris edilən təhsil təklif etməklə yanaşı, təlimi uğurla başa vuran tələbələri yerli və qlobal layihə və şirkətlərdə təcrübə proqramlarına yönləndirərək azərbaycanlı kadrların da xarici bazarda işlə təmin olunmasına şərait yaradır. Hədəfimiz Azərbaycanın dünya səviyyəli “Data Science” netvörkü, prestijli şirkətlərin ehtiyac duyduğu mütəxəssis “Data Scientist”-lər ordusu yaratmaqdır.

scroll page

Datalent regionda ilk dəfə olaraq qlobal tədris standartlarına əsaslanan və məzunlarına iş qarantiyası verən dünya səviy

Datalent regionda ilk dəfə olaraq qlobal tədris standartlarına əsaslanan və məzunlarına iş qarantiyası verən dünya səviyyəli “Data Science Bootcamp” proqramıdır. 6 ay müddətində davam edən bu proqram tələbələrinin “Data Science” sahəsində yerli və qlobal şirkətlərdə karyera qurmağını hədəfləyir. Qarşısına qoyduğu bu hədəfə əsasən Datalent öz tələbələrinə keyfiyyətli və interaktiv tədrislə yanaşı bir sıra xidmətlər də təklif edir. Bu xidmətlərdən yararlanaraq “Bootcamp” proqramını uğurla başa vuran tələbələr qlobal şirkətlərin tələb etdiyi keyfiyyətlərə sahib olan “Data Scientist”-lərdən birinə çevrilir.

  • Professional Təlimçi heyəti

    “Datalent Bootcamp”-də dərslər qlobal standartlara uyğun olaraq "dünya səviyyəli" peşəkarlar tərəfindən keçirilir. Təlimçi heyətində bu sahə üzrə Türkiyə, Kanada, Böyük Britaniya, İsrail, Almaniya və Amerikada 15 ilə yaxın təcrübə qazanmış beynəlxalq sertifikatlı mütəxəssislər yer alır.

    Professional Təlimçi heyəti
  • A-dan Z-yə Tədris

    A-dan Z-yə Tədris 25 - 28 həftə ərzində “Data Science”, “Data Analytics”, “Machine Learning” və “Artificial Intelligence (giriş)” üzrə biliklər intensiv olaraq təməldən peşəkar səviyyəyə qədər tədris edilir. Dərslər 7 əsas moduldan ibarət intensiv və praktika əsaslı tədris proqramına əsasən keçirilir.

    A-dan Z-yə Tədris
  • Professional Təlimçi heyəti

    “Datalent Bootcamp”-də dərslər qlobal standartlara uyğun olaraq "dünya səviyyəli" peşəkarlar tərəfindən keçirilir. Təlimçi heyətində bu sahə üzrə Türkiyə, Kanada, Böyük Britaniya, İsrail, Almaniya və Amerikada 15 ilə yaxın təcrübə qazanmış beynəlxalq sertifikatlı mütəxəssislər yer alır.

    Professional Təlimçi heyəti
  • Mentor dəstəyi
    Mentor dəstəyi

    Təlim müddəti boyunca effektivliyin qorunması üçün təcrübəli mentorlar tələbələrə problem yaşadığı bütün məqamlarda dəstək olur. Mentorlar mütəmadi olaraq tələbələrin suallarını cavablandırır, tələbələrlə fərdi əlaqə saxlayır və çətinliklərin aradan qalxmasına kömək edir.

  • Sertifikasiya
    Sertifikasiya

    Datalent məzunlarının təlimi başa vurduqdan sonra onlara Datalent şirkətinin beynəlxalq sertifikatı təqdim edilir. Həmçinin Datalent " SwitchUp" - kursların qlobal reytinqləmə platformasında 5/5 reytinqlə yer alır.

  • Karyera dəstəyi
    Karyera dəstəyi

    “Bootcamp” proqramını müvəffəqiyyətlə tamamlamış məzunlarımız artıq təlim daxilində verilmiş layihələrlə iş təcrübəsi və portfel formalaşdırmış olur. Daha sonra onlara karyera dəstəyi göstərilir. Nəticə etibarilə məzunumuz bir neçə ayın sonunda iş ilə təmin olunur. Hazıra Datalent uğurlu məzunlarının 90%-dən çoxu iş ilə təmin olunmuşdur.

“Datalent Bootcamp” dərs proqramı

İş həyatında tətbiq edilən bütün nəzəri və praktiki biliklər Datalent-in xarici mütəxəssislər tərəfindən tərtib edilən tədris proqramına daxil edilmişdir. Dərs proqramında “Data Science”-ə giriş, “Python ilə proqramlaşdırmaya giriş”, “Statistika və Riyaziyyat”, “SQL”, “Power BI”, “Pyhton ilə Data Science”, “Machine Learning”, “Deep Learning” və “Artificial İntellegence” mövzuları əhatə olunur. Proqramın sonunda tələbələr professional komanda ilə birgə real “Capstone” layihələr üzərində işləyərək artıq özlərinə portfolio formalaşdırırlar. “Bootcamp” proqramını uğurla başa vuran məzunlarımız Datalent tərəfindən yerli və qlobal şirkətlərə “Data Scientist” kimi yönləndirilir.

  • “Data Science”-ə giriş
  • SQL
  • Power BI
  • Python
  • Machine Learning
  • Deep Learning və Süni Zəka
  • "Capstone" layihələr
“Data Science”-ə giriş

Bu modulda ilkin mərhələ olaraq “Data Science” sahəsi üçün vacib hesab edilən ali Riyaziyyat, Statistika və Proqramlaşdırmaya giriş üzrə təməl biliklər tədris olunur.

SQL

Bu modulda data bazaların yaradılması, data bazada milyonlarla datanın təmizlənməsi, lazımi dataların seçilməsi və yönləndirilməsi tədris edilir. Modulun əsas fokusu datalar üzrə işləməyinizi təmin edərək data bazalar üçün analitik həllər vermə bacarığına yiyələnməyinizdir.

Power BI

Bu modulda dataların analiz edilərək strukturlaşdırılması, dataların düzgün şəkildə vizual təsvirinin yaradılması, interaktiv qrafik cədvəllərin qurulması tədris edilir. Modulun əsas fokusu “Power BI” ilə dataları analiz etmə və peşəkar səviyyədə vizuallaşdırma bacarığına yiyələnməyinizdir.

Python

Bu modulun əsas fokusu “Python” vasitəsi ilə “Data Science” sahəsini daha dərindən mənimsəməkdir. Belə ki, bu modulda “Python” ilə “Data Science” sahəsinə giriş, alqoritm və proqramlaşdırmanın əsasları, “Data Preprocessing” tədris edilir. Tələbələr “Python” modulunu tamamladıqdan sonra proqramlaşdırmanın əsas konseptinə hakim olacaqdır.

Machine Learning

Bu modulda “Machine learning”, “Data mining” və statistik nümunələrin tanınması tədris edilir. Modulu tamamladıqdan sonra tələbələr bir çox effektiv “Machine learning” bacarıqlarına tam şəkildə yiyələnmiş olurlar. "Datalent - Data Science Bootcamp" proqramının əsas fokusu "Machine learning"-dir.

Deep Learning və Süni Zəka

Bu modulda tələbələr “Artificial Intelligence”-in bir qolu olan “Deep learning” haqqında effektiv bilik və bacarıqlara yiyələnəcək, insan səsini kompüterə sintez etmək kimi layihələr işləyə biləcəklər.

"Capstone" layihələr

Bu praktiki modulda tələbələr əsasən "Gamboo" platformasında yer alan müxtəlif data elmi layihələrini işləyir və beləliklə həm iş təcrübəsi qazanır, həm də portfelini daha da genişləndirir. Bu layihələr əməkdaşlıq etdiyimiz lokal və qlobal şirkətlərin "Data Science" mütəxəssisləri ilə birgə hazırlanır və real layihələrdir.

Data Məsləhətçisi ilə Görüş

Maaş və iş gözləntiləri nələrdir?

“Data Scientist” son 10 illiyin ən trend və yüksək məvacibli peşəsidir. “Datalent Bootcamp” proqramını uğurla başa vuran məzunlar istər xaricdə, istərsə də Türkiyədə prestijli şirkətlərdə “Data Scientist” kimi fəaliyyət göstərə biləcəklər.

Qlobal ortalama maaş
96.8 min $
“Data Scientist” vakansiyalarında artış
53%
Türkiyə üzrə ortalama maaş
44 min $

“Datalent” məzunlarının yönləndirildiyi şirkətlər

“Datalent” tələbələrinin qazanacağı əlavə üstünlüklər nələrdir?

Professional “Data Scientist”-lər yetişdirməyi hədəfləyən Datalent tələbələrin peşəkar karyeralarında uğurla addımlamasına dəstək olmaq məqsədilə fərdi konsultasiya, karyera hazırlığı kimi xidmətlər təklif edir. Xidmətlərdən yararlanan tələbələr “Data Science” sahəsində nəzəri, praktiki bilik və bacarıqlar qazanmaqla yanaşı, şəxsi brendlərini formalaşdıraraq peşəkar bir kadra çevrilirlər.

Sertifikatlaşdırma və Referans

“Datalent - Data Science Bootcamp” proqramı boyunca qazanılan nailiyyətlərə əsasən, məzunlara müvafiq səviyyəli 2 dildə tərtib olunmuş rəsmi sertifikat verilir və əlavə olaraq, proqramı uğurla bitirənlərə qlobal səviyyədə tanınan referans məktubu təqdim edilir.

Fərdi Karyera Hazırlığı

“Datalent” uğurl məzunlarına karyera yönləndirmələri edir və karyera hazırlıqları üzrə video dərsliklər təqdim edir. Həmçinin, seçilmiş tələbələrə "soft-skills" üzrə təlimlər də verilir.

Fərdi Konsultasiya

Təlimçi mütəxəssislər və ya mentorlar tərəfindən seçilən tələbələrə ödənişsiz fərdi konsultasiya xidməti göstəriləcəkdir. Bu görüşlərdə onlar sizin “Bootcamp” boyunca göstərdiyiniz performansa əsasən, güclü və inkişaf etdirməli olduğunuz tərəflərinizi sizə bildirir.

Data Netvörkinq

Tələbələrimiz proqramı bitirdikdən sonra 3 il müddətində Datalent-in təşkil etdiyi və “Google”, “Facebook” kimi prestijli şirkətlərin əməkdaşlarının yer aldığı netvörkinq tədbirləri - master-klassları, seminarları, vörkşoplarında ödənişsiz iştirak edə bilir. Bununla da, tələbələrimiz dünya səviyyəli “Data Scientist”-lərlə əlaqə yaradaraq onların təcrübələrindən yararlana və bu sahədə olan biliklərini zənginləşdirə bilir.

Mütəxəssislərdən öyrənin.

Şaban Dalaman

“Machine Learning Mühəndisi”

Caner Canak

"Süni İntellekt və Data Analitika Meneceri"

Pınar Ersoy

"Data Scientist"

Günay Elçin Esin

Data Scientist

İlker Onur Işık Data Scientist

Data Scientist

Kaan Özbudak

Senior Data Engineer

İlhami Demirci

Data Analyst

  • Şaban Dalaman
  • Caner Canak
  • Pınar Ersoy
  • Günay Elçin Esin
  • İlker Onur Işık Data Scientist
  • Kaan Özbudak
  • İlhami Demirci

Dünyaca məşhur Boğaziçi Universitetinin “Machine Learning” üzrə müəllimi Şaban  Dalaman “Data Science” sahəsi üzrə 20 ildən artıq təcrübəsi olan mütəxəssisdir. Türkiyənin ODTÜ Universitetində “Computer Science” üzrə təhsilinə başlamış mütəxəssis daha sonra magistr təhsilini “Data Engineering” üzrə İstanbul Şehir Universitetində almışdır. Təhsilini tamamladıqdan sonra isə Kanadanın Toronto Universitetinində “Quantum Machine Learning Bootcamp” proqramına üzv olmuşdur. 

Şaban Dalaman öz professional karyerasına “Turkish Airlines”, “Siemens Nixdorf” kimi prestijli şirkətlərdə “Software Developer” və “Project Manager” kimi başlamışdır. Daha sonra “Data Science” sahəsi üzrə fəaliyyət göstərərək mütəxəssisləşmişdir. Belə ki, o, onlarla “Data Science”, “Machine Learning” və “Murex” layihələrinə texniki rəhbərlik etmiş və bu sahə üzrə müxtəlif şirkətlərə texniki həllər və konsultasiya xidmətləri irəli sürmüşdür. Şaban Dalaman bununla yanaşı, universitetlərdə, təlimlərdə “Data Science” və “Machine Learning” üzrə tədris verən professorlardan biridir. Hazırda o, Türkiyənin İstanbul Şehir və Boğaziçi Universitetlərində “Machine Learning with Applications” sahələrini tədris edir.

Caner Canak “Artificial Intelligence” sahəsi üzrə böyük təcrübəyə malik mütəxəssislərdən biridir. Bakalavr təhsilini Yıldız Teknik Universitetində Kompüter və İnformasiya Texnologiyası üzrə almış Caner Canak daha sonra öz təhsilini Türkiyənin ən prestijli universitetlərindən biri olan Boğaziçi Universitetində davam etdirmişdir. Bununla kifayətlənməmiş mütəxəssis öz sahəsində daha da peşəkarlaşmaq üçün Amerikada “City University of New York"da təhsil alaraq akademik inkişafına töhfə vermişdir. 10 ilə yaxın iş təcrübəsinə malik olan Caner Canak öz karyera həyatına "Software Engineer” olaraq başlamışdır. O bu sahə üzrə təcrübəsini müvafiq olaraq Dataserv Bilişim Teknolojileri şirkətində və təhsil aldığı "New York City ” Universitetində qazanmışdır. O, 2010-cu ildə Yapı Kredi Bankda "Senior Business Analyst" olaraq çalışmağa başlayaraq bu sahədə ilk professional təcrübəsini qazanmıışdır. 

Daha sonra Caner Canak Türkiyənin hazırda ən böyük Süni İntellekt həlləri verən şirkətlərindən biri olan "Turkcell" şirkətində "Senior Business Analyst" kimi öz fəaliyyətini davam etdirmişdir. "Turkcell"də davam edən 8 illik fəaliyyəti boyunca Caner Canak "Expert Business Intelligence Analyst" və "Business Intelligence Manager" kimi vəzifələrə yüksəlmişdir. Hal-hazırda isə o, "Artificial Intelligence and Data Analytics Manager" kimi öz fəaliyyətini davam etdirir. Fəaliyyəti dövründə isə şirkətin “Artificial İntelligence” komandasını cəmi 2 ilə 0-dan qurmağa nail olmuşdur.

Pınar Ersoy "Data Science" sahəsi üzrə dərin təcrübəyə malik mütəxəssislərdən biridir. O öz bakalavr təhsilini "Software Engineering" üzrə Türkiyənin prestijli universitetlərindən olan Bahçeşehir Universitetində, magistr təhsilini isə həmin sahə üzrə Boğaziçi Universitetində almışdır. 

"Data Science" üzrə peşəkar məşğul olmağa başlayan Pınar Ersoy bu sahə üzrə ilk professional karyera təcrübəsini “IBM Watson"da "IBM Content Analytics" üzrə almışdır. Daha sonra isə o “SAS” İnstitut Türkiyədə, Garanti Bankda müvafiq olaraq "Risk Analytics Associate" və "Associate Analytical Consultant" kimi fəaliyyət göstərmişdir. Burada kifayət qədər təcrübə qazanmış mütəxəssis daha sonra fəaliyyətini "Trendyol", "Talmix" kimi şirkətlərdə "Data Scientist" və "Analytical Consultant" kimi davam etdirmişdir. Hal hazırda isə o, "Commensis" şirkətində "Data Scientist" olaraq çalışır.

Günay Elçin Esin Türkiyənin qabaqcıl universitetlərindən biri olan Bilkent Universitetində Riyaziyyat fakültəsi üzrə bakalavr təhsili alıb. O, uzun illər öz layihələri üzərində çalışıb. 2018-ci ildə Birləşmiş Millətlər “UN Sustainable Development Goal” - İşBank layihəsində iştirak etmişdir. 2020-ci ildə Türkiyədən yeganə təmsilçi olaraq ölkəsini MCM/COMAP '2020 Beynəlxalq Riyazi Modelləşdirmə Yarışmasında təmsil etmiş və uğur siyahısına daxil olmuşdur. “Neuron Models Dynamical Systems” layihəsi ilə 2020-ci ildə Bilkent Universiteti üçün geniş araşdırmalar aparmışdır.

Proya Professional Software şirkətində “Data Oriented - Business Development and Information Security Engineering” sahəsi üzrə təcrübə keçib. Peşəkar həyatında “METU Teknokent” əhatəsində özəl bir şirkəttə Business Data Analyst olaraq “product” ve “marketing” sahələrini data inteqrasiyası ilə verimli hala gətirmək üzərində çalışmışdır. 

O, Avropanın aparıcı e-ticarət şirkətlərindən birində “Project Management & Data Insight Enabler” sahəsi üzrə işləyib. Hal-hazırda Günay Elçin Esin Amerikada özəl bir şirkətdə Data Scientist kimi fəaliyyət göstərir və “Artificial Intelligence”, “Machine Learning” üzrə layihələr hazırlayır.

İlker Onur Işık -  “Data Science”, ” Machine Learning” ,  “ Database Programmer” sahələrində çoxillik təcrübəyə sahib əsl mütəxəssisdir. Aldığı bakalavr və magistr təhsilləri sayəsində özünü inkişaf etdirərək, statistika sahəsində uzun illər dərs deyərək, bir çox fərqli və böyük  layihələrdə iştirak etmişdir.

O, 2015 -ci ildən Türkiyə Polis Təşkilatının Terrorla Mübarizə Bölməsində Database Admin, Maşın Öyrənmə və Verilənlər Bazası proqramçısı kimi çalışmışdır. Bu illər ərzində MSSQL üzrə dərsləri tədris etmiş, eyni zamanda Muğla Sıtkı Koçman Üniversitesinin İqtisadiyyat fakültəsində magistr təhsili almışdır. Magistr təhsili alarkən Maşın öyrənməsi üçün  statistik metodlar adı altında magistratura kurslarında tədqiqatçı köməkçisi kimi çalışıb. Tələbələr üçün müsahibə suallarına hazırlaşmaq üçün xüsusi tezislərin hazırlanmasında böyük rolu olub. 

Statistik infrastrukturun maşın öyrənmə metodlarına təsiri sahəsində bir sıra araşdırmaları olan Onur İlker İşık eyni zamanda "FLO ayakkabı", "Vodafone Advice Systems", "IYZICO", "House Price Prediction" və s. layihələrində yer almışdır. Hal-hazırda Birləşmiş Millətlər Təşkilatı adından Türkiyə Miqrasiya İdarəsində Data Scientist kimi fəaliyyət göstərir.

Kaan Özbudak, ciceksepeti.com/mizu.com kimi e-ticarət platformalarında 2 ilə yaxındır Senior Data Mühəndisi kimi fəaliyyət gösterir. Çiçeksepeti'ndən əvvəl FINTECH sahəsində çox təcrübəli olan PayU/lyzico firmasında on prem Data Mühəndisi kimi, Gtech-də 2 ilə yaxın BigData Konsultant pozisiyasında işləmişdir. Təlimçimiz Bahçeşehir Universitetində MBA, Kompüter mühəndisliyi üzrə bakalavr təhsilini isə Istanbul Aydın Universitetinde almışdır.

İlhami Demirci Ankara Hacettepe Universitetinin Qida mühəndisliyi fakültəsini bitirib. Mühəndislik təhsilinə əlavə olaraq o, biznes kəşfiyyatı və strategiyaları, hesabat sahəsində biliklərini də inkişaf etdirib. 2021-ci ilin may ayından etibarən EnSight İnformasiya Texnologiyası şirkətində işə başlayıb. O, ilk olaraq şirkətdə biznes kəşfiyyatı üzrə mütəxəssis kimi başlayıb. İndi isə eyni şirkətdə Data Analyst kimi davam edir. Müxtəlif sektorlarda 6 fərqli şirkətlə 15-dən çox layihədə iştirak edib. Data Engineering, modelləşdirmə, reporting onun əsas təcrübələrindəndir. Power BI ilə bağlı 4 fərqli şirkətə verdiyi təlimlərlə yanaşı, Linkedin-də müntəzəm paylaşımlar vasitəsilə öyrənmək istəyənlərə töhfə verməyə davam edir.

Müraciət Prosesi

Təhsil haqqı və Talant fond

Təhsil haqqı xarici mütəxəssislər tərəfindən tərtib edilmiş dünya standartlarına cavab verən dərs proqramına və təklif edilən digər xidmətlərə əsasən dövlətimizdəki orta aylıq əmək haqqı nəzərə alınaraq təyin edilmişdir. Həmçinin, “Datalent” şirkəti tələbələrin marağını nəzərə alaraq təhsil haqqı ilə bağlı da bir sıra təkliflər irəli sürür. Belə ki, “Data Science Bootcamp” proqramına qoşulmaq istəyən tələbələrə müvafiq şərtlər əsasında güzəştlər təqdim edilir. Şirkətin iş qarantiyası prinsipinə əsasən isə, iş ilə təmin olunmayan məzunlar üçün müqaviləyə əsasən geri-ödəniş həyata keçirilir.

Universitet tələbələrinə dəstək

“Datalent Bootcamp” proqramına qoşulmaq istəyən universitet tələbələrinə Talant fond tərəfindən təhsil haqqı ilə bağlı müvafiq təqaüdlər təsis edilir.

Zəmanət

Təlimdə tədris olunan bütün dərslərin peşəkarlığına zəmanət verilir. Proqramı uğurla bitirib təlimin tələblərinə riayət edən hər kəs ən azından kiçik mütəxəssis səviyyəsinə çatacaqdır və qısa zamanda iş ilə təmin olunacaqdır.

Təhsil Haqqı
1000
1000 0% ENDİRİM
Tam tədris prosesi üçün məbləğ

Təhsil haqqı tələbələr tərəfindən aylıq və ya tam olaraq ödənilə bilər.

Təhsil haqqı tələbələr tərəfindən aylıq və ya tam olaraq ödənilə bilər.

Tez-tez Verilən Suallar

Ən çox verilən suallara cavab tapın:

Müraciət edin:

Bizimlə Əlaqə